Həkim 7 qadın xəstəyə təcavüz etdi - FOTO
Bizi izləyin

Hadisə

Həkim 7 qadın xəstəyə təcavüz etdi - FOTO

Antalyada 7 qadın xəstəyə qarşı "xüsusi amansızlıqla cinsi təcavüz"də ittiham olunan mütəxəssis həkim Ahmet Taner Cantimurun ilk məhkəmə iclası keçirilib.

Publika.az xəbər verir ki, prokurorluq vəziyyəti Səhiyyə Nazirliyinə bildirdikdən sonra həkim Ahmet Taner Cantimur haqqında istintaq başladılıb.

İstintaq çərçivəsində Cantimurun ümumilikdə 7 qadın xəstəyə - 2018-ci ildə F.K, 2019-cu ildə S.U və D.B, 2021-ci ildə D.D, 2023-cü ildə isə T.A, FD və N.S-yə müayinə zamanı təcavüz etdiyi müəyyən edilib. Cantimur martın 15-də həbs edilib.

Antalya Prokurorluğunun hazırladığı iddianamə ilə Cantimur haqqında cinayət işi açılıb.

Cantimur isə xəstə olduğunu bildirib:

“İBS qəti müalicəsi olmayan və ömür boyu müalicə tələb edəcək psixoloji bir xəstəlikdir. Bu xəstələrin ən əhəmiyyətli xüsusiyyəti qavrayış və davranış pozğunluğudur”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm