Hadisə
Qadını şikəst qoyan həkim: DTX kimdir ki? - VİDEO
Sumqayıt şəhər Liman klinikasının həkimi Əfqan Ağagülov burnunda polip olduğu üçün tibbi sığorta ilə əməliyyat edilən xəstə Nuridə İsmayıl qızı Zülfüqarovanın gözünün alt sümüyünü qıraraq, onun gözündə ciddi problemin yaranmasına səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-a şikayətində zərərçəkənin qızı Ramilə Məmmədova deyib.
O bildirib ki, anası burnunda polip problemi ilə əlaqədar mayın 29-u klinikanın həkimi Əfqan Ağagülov tərəfindən əməliyyat edilib:
“Əməliyyatdan sonra anamın sol gözünün bağlı olduğunu görəndə həkimdən bunun səbəbini soruşduq. O isə bu proseduru anamın gözündə çəplik yaranmasının qarşısını almaq üçün həyata keçirdiyini bildirdi. Bir qədər gözləmək məcburiyyətində qaldıq. Sarğı açılanda isə dəhşətə gəldik. Anamın gözü çəpləşmişdi”.
Anasının həm də ikinci qrup əlili olduğunu deyən şikayətçi həkimin səbəb olduğu hadisəyə etinadsız yanaşdığını, onları təhqir etdiyini bildirib:
“Buna görə ona irad bildirdik. Bizi günahkar çıxardı, “Siz məndən soruşmusunuz ki, anamın gözünə nəsə ola bilər? Soruşsanız, deyərdim”, - dedi. Bundan sonra isə təhqir eləməyə başladı. Deyirik ki, DTX Hospitalına göndərmişik nəticəni, deyir, DTX kimdir? Əlimizdə faktlar, sübutlar var. Bizə maddi və mənəvi zərər vurub, həyatımızı qaraldıb”.
O, həkimin məsuliyyətsizliyinin qurbanı olan anasının vəziyyətinin daha da çətin olacağını bildirib:
“Həkim əməliyyat zamanı gözünün alt sümüyünü 4 millimetr qırdığı üçün anamın gözü çökəkliyə düşüb. Buna görə də adi çəpgözlük əməliyyatı alınmır. Əvvəlcə üz-çənə cərrahı gözünün altının sümüyünü əməliyyat etməli, 6 ay sonra da çəpgözlük əməliyyatına girməlidir. Hara, kimə deyiriksə, qəribə cavablar verirlər. “Liman” klinikasının direktoru deyir ki, biz ancaq töhmət yaza bilərik. Həkim isə anamın tibbi sığorta ilə əməliyyat edildiyini əsas gətirərək, “mənə pul vermişdiniz ki, xəstəni əməliyyat edim?” - deyə bizi ittiham edir”.
-
Nəqliyyat27 Aprel 22:32Bu yolda təhlükəli vəziyyət: hər an çökmə ola bilər - Foto
-
ABŞ27 Aprel 22:18ABŞ onu axtarır: Məlumat verən şəxsə 10 milyon dollar ödəniləcək
-
Magazin127 Aprel 20:48Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıdıb? - Video
-
Nəqliyyat27 Aprel 20:12Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
-
Ekopublika.az27 Aprel 18:30Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi...
-
Dünya27 Aprel 16:03Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır
-
Rəsmi xronika27 Aprel 15:52Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi
-
İqtisadi gündəm27 Aprel 14:16Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir


































.png)



