Hadisə
Bakıdakı ağır qəzada yanan maşının FOTOSU
Xəbər verdiyimiz kimi, Bakının Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürücü anidən idarəetməni itirərək avtobusu hərəkətdə olan və yol kənarında dayanan maşınlara çırpıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib.
Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat və fotolar yayıb.
Bildirilib ki, hadisə zamanı “Toyota Camry” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Həmçinin yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
-
Sosial22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin120:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
-
Rəsmi xronika16:55İlham Əliyev üç fərman imzaladı
-
İqtisadi gündəm16:50BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?












.jpg)
























