Putin Trampa atəşkəsə hazır olduğunu bildirdi
Bizi izləyin

Dünya

Putin Trampa atəşkəsə hazır olduğunu bildirdi

Putin Trampa atəşkəsə hazır olduğunu bildirdi

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.

Danışıq bir saat yarımdan artıq davam edib.

Putin Trampa Qələbə Günü münasibətilə Ukrayna ilə atəşkəs elan etməyə hazır olduğunu bildirib. O əlavə edib ki, Tramp bu təşəbbüsü dəstəkləyib.

Kreml nümayəndəsi vurğulayıb ki, Putin Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı ona dəstəyini ifadə edib və bu cinayəti qətiyyətlə pisləyib. Tramp da Putinə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmanın artıq yaxın olduğunu söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm