Hadisə
Şərur və Sədərəkdə yanğın baş verdi
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Maxta kəndində ot bağlamalarında, Sədərək rayonu Dəmirçi kəndində "CAT-330" markalı ekskavatorda yanğınların baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınların genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində 6300 kiloqram ot bağlaması yanıb. 7200 kiloqram ot bağlaması, sahənin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var
-
Elm və təhsil20 Aprel 21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20 Aprel 20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ20 Aprel 19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 20 Aprel 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika20 Aprel 17:28İlham Əliyev fərman imzaladı
































