FHN-dən su anbarında iki nəfərin batması barədə açıqlama
Bizi izləyin

Hadisə

FHN-dən su anbarında iki nəfərin batması barədə açıqlama

FHN-dən su anbarında iki nəfərin batması barədə açıqlama

Fövqəladə Hallar Nazirliyi Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində 2 nəfərin batması barədə məlumat yayıb.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm