Hadisə
"Toyota Corolla" yolun kənarına aşdı: Bir ailənin 3 üzvü xəsarət aldı - FOTO
Cəlilabadda yol qəzası olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Yeni Ələt–Astara magistralının Cəlilabad rayonuna giriş hissəsində baş verib.
Belə ki, Astara istiqamətində hərəkətdə olan "Toyota Corolla" markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib. Nəticədə avtomobil yol kənarındakı mühafizə səddini aşaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onların kimliyi müəyyənləşib.
Məlumata görə, yaralananlar 1986-cı il təvəllüdlü Aidə Hüseynova, 2006-cı il təvəllüdlü Ayaz Hüseynov və 2011-ci il təvəllüdlü Nuray Hüseynovadır.
Faktla bağlı araşdırma aparılır.
-
Hadisə10:12Şamaxı və Ağsuda zəlzələ oldu - YENİLƏNİB
-
Sağlamlıq10:06Uşaqlarımızı necə zəhərləyirik? - Alimlər həyəcan təbili çaldılar
-
İKT08:36Qazaxıstanda süni intellektlə bağlı SƏRT QANUN - Bu, məcburi olacaq
-
Ekologiya07:17Bakıya sulu QAR YAĞACAQ - 4 dərəcə şaxta olacaq
-
Magazin206:16Türk məşhurlar qırmızı xalıda… - VİDEO
-
Sağlamlıq05:15Miqrenlə mübarizə aparan MÖCÜZƏVİ QİDALAR
-
Dünya04:14Pakistandan ÜZÜCÜ XƏBƏR - 3 nəfər öldü
-
Sosial03:13Azərbaycanda iki növ balıq bahalaşdı - VİDEO




































