“Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - VİDEO
Bizi izləyin

Hadisə

“Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - VİDEO

“Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - VİDEO

Xəbər verdiyimiz kimi, Qaradağ rayonunun Lökbatan qəsəbəsində beşmərtəbəli yaşayış binasındakı mənzildə partlayış baş verib.

Publika.az xəbər verir ki, yanğınla nəticələnən partlayış zamanı ev sahibi müxtəlif dərəcəli xəsarətlər alıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunublar.

Yaralı xəstəxanaya çatdırılıb, yanğının qarşısı tez bir zamanda alınıb.

“Hadisə səhər baş verib. Həmin vaxt biz yatmışdıq. Silkələnməyə oyandıq ki, partlayış olub. Hadisə qaz sızması nəticəsində baş verib. Partlayışa görə qapı kilidlənmişdi, çölə çıxa bilmirdik. FHN əməkdaşları gəlib bizi çıxardılar”, - qonşulardan biri söyləyib.

Ətraflı "Baku" TV-nin süjetini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm