Dünya
Ukrayna müharibəsində ümidverici proses: Türkiyə işə qarışdı
Türkiyə Ukrayna və Rusiya arasındakı müharibənin dayandırılması üçün diplomatik səylərini davam etdirir. Ankara danışıqların harada keçirilməsindən daha çox, tərəflərin dialoqa nə dərəcədə hazır olmasına önəm verir.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə məlumat verib.
Mənbə qeyd edib ki, hazırda danışıqlar üçün məkan seçimi prioritet deyil: "Əsas məsələ tərəflərin dialoqa hazır olması və danışıqlar prosesinin məzmunudur. Əgər tərəflər siyasi iradə nümayiş etdirsələr, danışıqlar istənilən ölkədə, o cümlədən Türkiyədə baş tuta bilər. Biz platforma təqdim etməyə hazırıq, lakin bunu həlledici faktor hesab etmirik".
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən Diplomatiya Forumunda liderlər səviyyəsində görüş təşkil etməyə hazır olduqlarını bəyan etmişdi. Xarici işlər naziri Hakan Fidan isə bu təklifin Moskvaya çatdırıldığını bildirib.
Mü\llif: Adəm
-
ABŞ09:24Tramp atəşə tutulub, qonaqlar da şərab oğurlayıblar
-
Dünya08:49İran ABŞ-a yeni təklif göndərdi
-
Dünya07:15Dünya əhalisi buna həsrət qalacaq - Müharibənin inanılmaz təsiri
-
Ekopublika.az06:16Benzin bahalaşacaq?
-
Qoroskop01:40Günün ulduz falı: sizin üçün yeni mərhələ başlayır
-
Hadisə01:20Azərbaycanda sabiq icra başçısı vəfat etdi - Foto
-
Hadisə26 Aprel 22:58Xəzərdə güclü zəlzələ baş verdi - Yeniləndi
-
Hadisə26 Aprel 22:26Bakıda 11-ci sinif şagirdi vəfat etdi - Foto

































.png)
