Hadisə
Nyu-Yorkda iki təyyarə toqquşdu

Nyu-Yorkun "La Quardia" hava limanında iki təyyarə toqquşub.
Publika.az xəbər verir ki, "ABC News"un hava dispetçerlərinə istinadən yaydığı məlumata görə, insident nəticəsində bir nəfər yaralanıb.
Məlumata görə, "Delta" aviakompaniyasına məxsus iki regional təyyarə uçuş zolağında toqquşub. Toqquşmadan əvvəl təyyarələr aşağı sürətlə hərəkət edib.
"Təyyarələrdən birinin sağ qanadı digərinin burnunu qoparıb. Pilotlar ən azı bir nəfərin xəsarət aldığını bildiriblər", - məlumatda deyilir.
İnsidentdən sonra hava limanının əməkdaşları uçuş yolunun A və M seqmentlərini bağlamaq qərarına gəliblər.
Toqquşan təyyarələrə nə qədər zərər dəydiyi dəqiqləşdirilməyib.
Adəm
-
Rəsmi xronika11:08
İlham Əliyev Kopenhagendə açılış mərasimində iştirak edir
-
Region10:30
Paşinyanı devirmək üçün İrəvana gələn minlərlə “Vaqner”çi: Araşdırma davam edir
-
İdman10:12
Anri yenə "Qarabağ"dan danışdı: Bu komandanı dayandırmaq üçün...
-
Sosial09:10
Xəzərin məyus edən görüntüləri: Axırı necə olacaq? - VİDEO
-
Nəqliyyat08:24
Bakıda 13 yolda tıxac var - Siyahı
-
Magazin207:15
Ebru Gündeşin bu FOTOsu olay oldu - Boşandıqdan sonra tamam dəyişib
-
Kriminal03:44
Adnan Əhmədzadənin mülk SİYAHISI
-
Ekopublika.az02:43
Mask tarixdə sərvəti bu həddə çatan ilk insan oldu - İnanılmaz rəqəm