Hadisə
Ölkəmizə 15 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 15 kiloqram 200 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatında bildirilib.
Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə keçirdiyi sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə marixuana və 1490 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
İdman13:49
"Fənərbağça"nın oyunu bu kanalda - TV AFİŞA
-
Köşə13:00
122 minlik qızılın altında əzilən sənət: Kimdir müqəssir?
-
İdman12:53
Elvin Silvanın haqqına girib? - Bir-birimizin gözünün içinə baxırdıq...
-
Rəsmi xronika12:37
İlham Əliyev Kopenhagendə açılış mərasimində iştirak etdi - YENİLƏNDİ
-
Region10:30
Paşinyanı devirmək üçün İrəvana gələn minlərlə “Vaqner”çi: Araşdırma davam edir
-
İdman10:12
Anri yenə "Qarabağ"dan danışdı: Bu komandanı dayandırmaq üçün...
-
Sosial09:10
Xəzərin məyus edən görüntüləri: Axırı necə olacaq? - VİDEO
-
Nəqliyyat08:24
Bakıda 13 yolda tıxac var - Siyahı