Hadisə
FHN cəzaçəkmə müəssisəsində təlim keçirdi - VİDEO+FOTOLAR

Fövqəladə Hallar Nazirliyi(FHN) Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində birgə təlim keçirib.
FHN-dən Publika.az-a verilən məlumata görə, təlimə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.
Təlimin keçirilməsində məqsəd Penitensiar xidmətin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə yanğın zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.
Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, onların sualları cavablandırılıb.
Təlimin praktiki hissəsində müəssisə ərazisində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra müəssisə əməkdaşları tərəfindən “yanğına ilkin müdaxilə edilib”, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri isə operativ qaydada hadisə yerinə çataraq, müəssisədə saxlanılan şəxslərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici materiallar təqdim olunub.







-
Sosial12:06
Evinizdəki “Wi-Fi” təhlükəsi: Xəbəriniz olsun, şəxsi məlumatlarınız ələ keçirilir
-
Cinayət dünyası10:40
89 nəfəri öldürmüş "Anqarsk manyakı"nın dəhşətli əməlinin yeni detalı - FOTOLAR(VİDEO)
-
Region10:28
Anna Akopyan Ərdoğanın kitabını oxuyub bitirdi: Təəssüratı belədir
-
İKT02:44
"Instagram" istifadəçilərinin nəzərinə: Harada olduğunuz görünəcək...
-
Qoroskop01:40
Günün ulduz falı: ilk addımı atmaq üçün əlverişli vaxtdır...
-
Sosial00:05
Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
-
Hadisə3 Oktyabr 23:43
Bakıda ağır qəza: 3 nəfər xəsarət aldı
-
İdman3 Oktyabr 22:36
Messini MMA-ya çağırdılar: Uğur qazana bilərsən