İsmayıllı-Şəki yolunda DƏHŞƏTLİ QƏZA: 2 nəfər öldü, çox sayda yaralı var
Bizi izləyin

Hadisə

İsmayıllı-Şəki yolunda DƏHŞƏTLİ QƏZA: 2 nəfər öldü, çox sayda yaralı var

Bu gün saat 19 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Rəşad Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü – Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm