Hadisə
MTN generalı Nizami Şirinov azadlığa çıxdı
MTN generalı Nizami Şirinov azadlığa çıxıb.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, o, saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsindən oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar azad edilib.
Qeyd edək ki, N.Şirinov MTN Akademiyasına qəbuldan tutmuş, orduda vəzifəyə təyinata qədər hər addımı pulla həll edib. Məhkəmədə sübuta yetirilib ki, Nizami Şirinov zərərçəkmiş şəxslərdən – Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan polkovnik Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və 50 min dollar, Rahib Ağayevdən isə 150 min dollar alıb. Məhkəmə onun general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərib, 180 min manatlıq əmlakının müsadirəsinə qərar verib.
Xatırladaq ki, Nizami Şirinov 8 il azadlıqdan məhrum edilmişdi.
-
Rəsmi xronika17:23İlham Əliyev iki fərman imzaladı
-
Sosial16:50Əhməd Oruc insult keçirdi, vəziyyəti ağırdır
-
Nida Xəbər 15:48Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə…”
-
Kriminal14:55İcra Hakimiyyətində qalmaqal: Vəzifəli şəxs başçının müavininə hücum etdi
-
Nida Xəbər 14:21Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı
-
Dünya13:25Türkiyənin siyasəti nəticə verir: Qərb onlar üçün qapılarını bağladı
-
Region13:06İrandan sensasion iddia: Bu zavodun yerini İsrailə onlar deyib, orada olmuşdular
-
Sosial12:47Azərbaycanda ən yaşlı icra başçısı odur - FOTO













.jpg)
























