"Mançester" “Siti”nin sabiq baş məşqçisinə tapşırılacaq?
Bizi izləyin

İdman

"Mançester" “Siti”nin sabiq baş məşqçisinə tapşırılacaq?

“Mançester Siti”nin sabiq baş məşqçisi Roberto Mançini “Mançester Yunayted”in sükanı arxasına keçə bilər.

Publika.az “The Sun”a istinadən xəbər verir ki, italyan mütəxəssis Ruben Amorimin istefası halında klubun yeni baş məşqçisi ola bilər.

Mənbənin məlumatına görə, Mançini və “qırmızı şeytanlar”ın həm­sahibi Cim Retkliff hər ikisi Fransanın cənubunda yaşayır və onlar bir neçə dəfə müxtəlif tədbirlərdə görüşüblər.

Mançini 2009–2013-cü illərdə “Mançester Siti”ni çalışdırıb və 2012-ci ildə komandaya Premyer Liqa çempionluğunu qazandırıb. 60 yaşlı məşqçinin son iş yeri 2024-cü ilin oktyabrına qədər çalışdığı Səudiyyə Ərəbistanı millisi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm