İrandan 16 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alındı
Bizi izləyin

Hadisə

İrandan 16 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri keçirilib.

Tədbirlər nəticəsində ümumi çəkisi 15 kiloqram 705 qram narkotik vasitə (12 kq 460 qram marixuana, 3 kq 245 qram tiryək), oktyabrın 26-da isə ümumi çəkisi 49 kiloqram 60 qram narkotik vasitə (46 kq 45 qram marixuana, 3 kq 15 qram heroin) və 550 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm