Şirvanda AĞIR QƏZA: ölən və xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Şirvanda AĞIR QƏZA: ölən və xəsarət alanlar var

Şirvanda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhər Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı KIA və VAZ markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində Miri Abbasov ölüb, iki nəfər isə xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm