Dünya
Çin onları kosmosa göndərir - FOTO
Çinin kosmik stansiyasında fəaliyyət göstərəcək növbəti astronavtlar qrupu - “Şencou-21” (Shenzhou-2) missiyasının üzvləri məlum olub.
Publika.az Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, “Şencou-21” missiyası astronavtlar Can Lu (pilot və heyətin kapitanı), U Fey (uçuş mühəndisi) və Can Honcandan (yükləmə mütəxəssisi) ibarət olacaq. Oktyabrın 30-u astronavtlar ictimaiyyətə təqdim olunub. Can Lu 2 il əvvəl kosmik stansiyada olub. Digərləri isə ilk dəfə kosmosa uçacaqlar.
“Şencou-21” missiyasının oktyabrın 31-də kosmosa yola salınması nəzərdə tutulub. Onlar kosmik stansiyada təxminən 6 ay fəaliyyət göstərən “Şencou-20”nin astronavtlarını əvəzləyəcəklər. Bu, Çinin 37-ci, kosmik stansiya üçün isə 6-cı astronavt missiyasıdır.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzini və heyətin yaşayış yerini əhatə edən əsas modul olan “Tianhe”dan və “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.
Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.
-
Hadisə01:11Gənc oğlan idman zalında öldü - VİDEO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qaranlığın içindəki işığı tapmaq üçün...
-
Magazin200:00"Eşref Rüya"nın aktrisası yeni serialda - FOTO
-
Ekologiya30 Oktyabr 23:24Bu tərəvəzlər torpaqdan təhlükəli toksinlər toplayır
-
Səhiyyə30 Oktyabr 23:12Yarasalarda yeni koronavirus növü tapıldı
-
Magazin130 Oktyabr 21:55"Anamın başqa kişidən olan uşağına baxdım, atam isə..."
-
Dünya30 Oktyabr 21:00Çin onları kosmosa göndərir - FOTO
-
Art30 Oktyabr 19:48SSRİ Xalq artisti Yakub Əhmədov VƏFAT ETDİ - FOTO






























.jpg)




.jpg)