ABŞ
ABŞ hökuməti CİDDİ TƏHLÜKƏ ALTINDA - Nazirlər hərbi bazalara köçürüldü
ABŞ Prezidenti Donald Trampın administrasiyasının yüksək vəzifəli nümayəndələri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülür.
Publika.az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bu qərarın əsas səbəbləri konservativ siyasi fəal Çarli Kirkin qətlə yetirilməsi və Trampın siyasətinə qarşı ABŞ-da baş verən kütləvi etirazlardır. Rəsmilərə və onların ailələrinə qarşı təhdidlər daxil olduğu üçün, hərbi bazalarda ordu tərəfindən qorunma təmin edilir.
"The Atlantic" yazıb ki, artıq bir sıra yüksək vəzifəli şəxslər hərbi obyektlərdə yaşayır:
- Dövlət katibi Marko Rubio
- Pentaqon rəhbəri Pit Heqset
- Daxili təhlükəsizlik naziri Kristi Noem
- Federal hökumətin səmərəliliyini artırma agentliyinin (DOGE) mətbuat katibi Keti Miller və onun həyat yoldaşı
- Trampın daxili siyasət üzrə baş müşaviri Stiven Miller
- Quru qoşunları naziri Daniel Driskoll
Çarli Kirkə qarşı sui-qəsd sentyabrln 10-da baş verib. Həmin gün o, Yuta ştatındakı universitet kampusunda çıxış edib. Tədbir zamanı ona təxminən 180 metr məsafədən atəş açılıb və güllə boynuna dəyib. Fəal təcili xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bir neçə gün sonra hüquq-mühafizə orqanları 22 yaşlı tələbə Tayler Robinsonu şübhəli şəxs kimi saxlayıblar.
Hüseyn İbadlı
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO




























.png)

.jpg)





