Ömrü boyu həkimə getməmişdi: Bu ölkənin 110 yaşlı sakini öldü
Bizi izləyin

Hadisə

Ömrü boyu həkimə getməmişdi: Bu ölkənin 110 yaşlı sakini öldü

Almaniyanın ən yaşlı sakini Karl Haydl Baden-Vürtemberq əyalətində 110 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "Stuttgarter Zeitung" qəzeti məlumat yayıb.

"O, ömrü boyu çox şey gördü və dözdü. Bir çoxlarımız üçün o, tədbirlilik və hörmət nümunəsi idi", - deyə Kernen şəhərinin meri Benedikt Pauloviç bildirib.

Qeyd edək ki, Haydl sentyabrda 110 yaşını qeyd edib.

Xatırladaq ki, Almaniyanın ən yaşlı sakini ixtisasca çilingər idi. O, ömrünün sonuna qədər yaxşı fiziki formada qalıb. Hətta 99 yaşında avtomobil sürüb. O, ömür boyu həkimə getməyib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm