Hadisə
“Tik-tok”da canlı yayımda söyüş söyən 38 yaşlı kişi cəzalandırıldı
Naxçıvanın Ordubad rayonunda “Tik-tok” sosial şəbəkəsində nalayiq ifadələr işlədən şəxs inzibati məsuliyyətə cəlb edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Vüqar Səlimov (ad-soyad şərti verilib – red.) bu il noyabrın 8-də, axşam saatlarında kafedə olarkən sosial şəbəkədə özünə məxsus “Tik-tok” səhifəsində canlı yayımda nalayiq sözlər işlədib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən V. Səlimov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, canlı yayımda olduğu zaman tanıdığı şəxs ona zəng edib: “O mənimlə zarafatlaşdı. İçkiliydim deyə canlı yayımda olduğumu unutdum. Zarafatla nalayiq sözlər işlətdim. Hərəkətlərimdən səmimi peşmanam”.
Ordubad Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 70 manat məbləğində cərimə olunub.
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər




















.jpg)
















