Nida Təhlil
Ermənistanın mədəni soyqırımı: Azərbaycan irsinə qarşı cinayətlər
Cənubi Qafqaz tarixinin ən dəhşətli səhifəsi olan erməni vandalizmi ötən əsrin əvvəlindən başlayaraq, Azərbaycana qarşı bütün istiqamətlərdə həyata keçirilib. Azərbaycanlılar soyqırımına məruz qalıb, tarixi torpaqlarımız müxtəlif adlar altında ermənilərə verilib, ərazilərimiz işğal olunub. Lakin işğal və vandallıq aktı təkcə mülki insanlara deyil, eyni zamanda, maddi-mədəni irsimizə, tarixi-dini abidələrimizə qarşı da törədilib. Böyük bir coğrafiya – vaxtilə işğal edilmiş Qarabağ və ətraf bölgələr, eləcə də Ermənistanın yerləşdiyi tarixi torpaqlarımız bu vandallığa məruz qalıb.
Bəşər tarixinin ən böyük soyqırımı və vandallıq aktını həyata keçirən Ermənistanın hər zaman bir hədəfi olub: sonradan köçürüldükləri torpaqlaqı mənimsəmək üçün özlərinə saxta “tarix” yaratmaq və Azərbaycan irsini silmək. Onlar yalnız bu halda mənimsədikləri və işğal etdiləri Azərbaycan torpaqlarına sahib ola biləcəklərini hesab edirdilər.
Birinci Qarabağ müharibəsində torpaqlarımızı işğal edən Ermənistan bütün maddi-mədəni irsimizi, tarixi abidələrimizi ya məhv etdi, ya da erməniləşdirdi.
Şuşa: işğaldan əvvəlki dövrdə rayonda 248 tarixi abidə var idi, işğaldan azad ediləndə bütün abidələr məhv edilmiş, yaxud erməniləşdirilmişdi. XIX əsrə aid Aşağı Gövhərağa, Mamayı və Saatlı məscidləri, ümumilikdə 17 məscid sıradan çıxarılıb.

Ağdam: Çörək Muzeyi, Cümə Məscidi, İmarət qəbiristanlığı, Pənahəli Xan Sarayı, Şahbulaq Sarayı, Çay Evi, Qutlu Musanın türbəsi.
Füzuli: Qarğabazar karvansarayı, Hacı Ələkbər Məscidi, Mir Əli türbəsi, Qarğabazar kəndindəki məscid və digər tarixi-dini abidələrimiz.
Laçın: Ağoğlan Məbədi, Həmzə Soltan Sarayı, Cicimli Kənd Türbələri, Tarix və Etnoqrafiya Muzeyi, Sarı Aşığın Xatirə Muzeyi, qəbiristanlıqlar, qədim yaşayış məskənləri – kurqanlar, maddi-mədəni abidələr.

Kəlbəcər: Lev qəsri, Xudavəng Monastır Kompleksi, Tarix və Etnoqrafiya Muzeyi, İstisu, Gəncəsər Monastır Kompleksi, Şahmat məktəbi.
Qubadlı: Dəmirçilər kəndindəki türbələr, Mamar kəndindəki məscid, Hacı Bədəl Körpüsü, Tarix və Etnoqrafiya Muzeyi, Lalazar körpüsü.
Zəngilan: “İmam Hüseyn” məscidi, Məmmədbəyli Türbəsi, Şərifan Türbəsi.

Cəbrayıl: Başikesik Günbəzi (Türbə), Tarix və Etnoqrafiya Muzeyi, Cəmil Əhmədovun Xatirə Muzeyi, Xudafərin körpüləri, Çələbilər kəndində məscid-mədrəsə, Şıxlar Türbəsi (Dairəvi türbə), Xubyarlı kəndindəki türbələr.
Xocalı: Əsgəran qalası, Xocalı trürbəsi, XIII-XIV əsrlərə aid səkkizbucaqlı günbəzlər və türbələr, Son Tunc dövrünə və Erkən Dəmir dövrünə aid Xocalı abidələrinin birləşməsi.
Xocavənd: Tağlar Mağara Düşərgəsi, Azıx mağarası, Amaras Monastır Kompleksi, Alban məbədləri, türbələr.
Ağdərə: Böyük Aran/Müqəddəs Ceyms Monastırı, Müqəddəs Yelisey Məbəd Kompleksi.

Bütün bunlarla yanaşı, yaşayış məntəqələri, muzeylər, qəbiristanlıqlar, yüzlərlə tarixi abidə, bir sözlə Azərbaycana məxsus bütün maddi-mədəni irs məhv edilib.
Azərbaycan irsinə qarşı erməni vandalizmi təkcə işğal altında olmuş ərazilərdə yox, tarixi torpaqlarımızda – hazırda Ermənistanın yerləşdiyi ərazilərdə də geniş şəkildə həyata keçirilib. Zəngəzurda Ağadədə qəbiristanlığı, Qarakilsədə Ağudi abidəsi, İrəvanda Əmir Səəd türbəsi, Dəmirbulaq məscidi, Hacı Novruzəli bəy məscidi, Rəcəb Paşa Məscidi, Sərdar məscidi, Təpəbaşı məscidi, Zal xan məscidi məhv edilib, yalnız Göy məscid saxlanılıb ki, o da “farslaşdırılıb”. Basarkeçərdə Aşağı Şorca qəbiristanlığı, Aşıq Ələsgərin məzar daşı, Amasiyada Güllübulaq qəbiristanlığı, Saral qəbiristanlığı darmadağın edilib. Dərəlyəzdə Səlim (Şah Abbas) Karvansarası sıradan çıxarılıb.

XX əsrin əvvəlində təkcə İrəvan quberniyası ərazisində memarlıq abidəsi olan 310 məscid idi. “Farslaşdırılan” Göy məsciddən başqa hamısı dağıdılıb. “Türkmən abidəsi” kimi təqdim olunan Əmir Səad türbəsindən başqa bütün dini abidələr məhv edilib. Bununla yanaşı, azərbaycanlılara məxsus bütün toponimlər – 703 yaşayış məntəqəsinin adı erməniləşdirilib – dəyişdirilib. Məqsəd bu ərazilərdə Azərbaycan izlərini silmək, qondarma “erməni tarixi”ni yaratmaq olub.
Asif Nərimanlı
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq




























.jpg)










