Hadisə
Oğlu və nəvəsi eyni taleyi yaşamışdı - Milli Qəhrəman anası vəfat etdi / FOTO
Milli Qəhrəman Ərəstun Mahmudovun anası vəfat edib.
Publika.az xəbər verir ki, şəhidin anası Sufayi Mahmudova yaşadığı İsmayıllı rayonunun Pirəbilqasım kəndində 90 yaşında dünyasını dəyişib.
O, uzun müddətdir səhhətindəki problemlərdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Ə.Mahmudov 1957-ci ildə anadan olub, Leninqrad vilayətində Mülki Aviasiya Məktəbini bitirib. O, Birinci Qarabağ müharibəsində helikopterin bort mexaniki kimi iştirak edib. Onun cəbhəyə son uçuşu 1992-ci ilin yanvarın 28-də olub. Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mi-8 helikopteri erməni quldurları tərəfindən raketlə vurulub. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak olub.
Milli Qəhrəmanın oğlu, bort operatoru olan Elnur Mahmudov da atasının taleyini yaşayıb. Belə ki, 30 yaşlı E.Mahmudov 2011-ci ilin iyulun 6-da Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olub. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər




















.jpg)
















