MDB
Pensiya söhbəti bitir: Qonşularımız ölənə qədər işləyəcək - KRİZİS
Rusiyada əhalinin qocalması iqtisadiyyat üçün ciddi problemə çevrilir. Belə ki, ölkədə hər il təxminən 1,7 milyon yeni işçinin əmək bazarına cəlb olunmasına ehtiyac yaranacaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın əmək və sosial müdafiə naziri Anton Kotyakov açıqlama verib.
Onun sözlərinə görə, qarşıdakı yeddi il ərzində ümumilikdə 12 milyon nəfərin əmək bazarında əvəzlənməsi tələb olunacaq. Bu şəxslər yaxın illərdə peşə fəaliyyətlərini başa vuraraq pensiyaya çıxacaqlar.
Nazir bildirib ki, ən böyük kadr ehtiyacı emal sənayesi, təhsil, ticarət, nəqliyyat və anbarlaşdırma, elm, konsaltinq və dövlət idarəçiliyi sahələrində hiss olunacaq.
Mövzu ilə bağlı daha əvvəl maliyyə analitiki Dmitry Trepolsky də xəbərdarlıq edib. Onun fikrincə, əgər bu problem yaxın zamanda həllini tapmasa, hökumətin iki seçimi qalacaq: ya işçiləri daha uzun müddət işləməyə təşviq etmək, ya da pensiya yaşını yenidən artırmaq.
Ekspert qeyd edib ki, hər iki variant sosial gərginliyin artmasına səbəb ola bilər.
Müəllif: Adəm
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)