Hadisə
Qəzada yaralanan Sərxan palataya köçürüldü
Ötən ay yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sərxan müalicə aldığı xəstəxananın Reanimasiya şöbəsindən palataya köçürülüb.
Publika.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
Bildirilib ki, xəstədə fizioterapiya və reabilitasiya məşqlərinə başlanılıb: “Xəstəmiz 7 gündür ayıq vəziyyətdə müşahidə olunur. Şüuru açıqdır, verilən göstərişlərə əməl edir və ətraf mühitlə əlaqəsi mövcuddur. Fizioterapiya və reabilitasiya prosesi başlanıb. Xəstənin reanimasiya (intensiv terapiya) ehtiyacı qalmayıb, bu səbəbdən reanimasiya şöbəsindən çıxarılaraq palataya köçürülüb”.
Xəstəxanadan həmçinin bildirilib ki, palatada fizioterapiya və reabilitasiya məşqləri davam etdirilir: “Xəstə fasilələrlə yeridilməyə başlanıb. Reabilitasiya müddətinin uzunluğu xəstənin klinik vəziyyətindən və müalicəyə verdiyi cavabdan asılıdır. Proses yaxından izlənilir və uzunmüddətli perspektivdə xəstəmizin tam qüsursuz, sağlam şəkildə həyatına davam edəcəyi ümid edilir”.
Xatırladaq ki, hadisə Bakının mərkəzi küçələrindən birində baş verib. Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.
-
Ekologiya07:17Bu gün 33 dərəcə isti olacaq
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"
-
İqtisadi gündəm05:45Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”







.jpg)




























