Hadisə
Minaya düşən ANAMA əməkdaşının vəziyyəti necədir? - YENİLƏNDİ
Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan şəxsin səhhəti ilə bağlı açıqlama verilib.
Publika.az xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının məlumat yayıb.
1988-ci il təvəllüdlü kişi yanvarın 11-də saat 14:40 radələrində Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə partlayış travması və sağ ayağın aşağı üçdə bir hissəsinin travmatik amputasiyası diaqnozu qoyulub. Həkimlər tərəfindən sağ baldırın yuxarı üçdə bir səviyyəsində amputasiya əməliyyatı icra edilib.
Hazırda yaralının müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
xxx
14:58
İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində 2026-cı il 11 yanvar tarixində mina hadisəsi baș verib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.
Kərimov Elvin rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi






.jpg)

































