Hadisə
“Velizar” məhkəmədə etiraf etdi: Peşmanam
Fevralın 2-də inzibati qaydada həbs olunan “Velizar” kimi tanınan tiktoker Salman Məmmədovun məhkəmədə verdiyi ifadə məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsinin tələblərini pozmaqda ittiham edilən 1996-cı il təvəllüdlü S.Məmmədov məhkəmədə əməlini etiraf edib:
“Uzun illər Türkiyədə yaşayıb və orada sosial media işlədərək canlı yayımlar açmışam. Azərbaycana gəldikdən sonra burada da canlı yayımlar açaraq bir neçə blogerlə yarış şəklində oyunlar oynayıb və nalayiq ifadələr istifadə etmişəm. Həmin ifadələrin qadağan olduğunu bilməmişəm. Qadağan olduğunu bildikdən sonra isə istifadə etməmişəm. Əməlimdən səmimi peşmanam, bir daha belə hallara yol verməcəyimə söz verirəm”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tələblərini pozan Salman Məmmədov 30 sutka müddətinə inzibati qaydada həbs olunub.
-
MDB16:56Putin Omskda Tokayevlə görüşdü - VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi























.jpg)













