Hadisə
Sərxoş halda 102-yə zəng edib narkotikdən danışdı, həbs olundu
Sərxoş halda Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə zəng edərək nalayiq ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.
Publika.az-ın əldə etdiyi məlumata görə, 1986-cı təvəllüdlü Ç.V 102-yə zəng edərək atasının vaxtilə vəzifədə olmuş şəxs tərəfindən qətlə yetirildiyini, 100 min manat pulunun mənimsənildiyinə dair əssasız şikayətlər edib.
O, bundan başqa, digər rayonlarada narkotikin 10 manata olduğunu, Füzulidə isə 7 manata satıldığına dair əsassız məlumatlar verib.
Ç.V məhkəmədə özünü təqsirli bildirərək əməli sərxoş vəziyyətdə törətdiyini etiraf edib. O, spirtli içkinin təsiri altında törətdiyi əməldən peşman olduğunu dilə gətirib.
Məhkəmənin qərarına əsasən, barəsində protokol (İXM-in 510.1 ) tərtib edilmiş şəxs 8 sutka müddətinə inzibati qaydada həbs olunub.
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
















.jpg)



















