Hadisə
Bayram günlərində 380 yanğına çıxış olub
Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Ramazan və Novruz bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
Publika.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 380 yanğına çıxış, 5 avtonəqliyyat qəzası, 3 partlayış faktı və subasmalarla bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 14 nəfər xəsarət alıb, hadisələr zamanı 13 nəfər həyatını itirib, intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 210-u azyaşlı olmaqla 766 nəfər, yanğın zamanı isə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi










.jpg)






.jpg)





.jpg)

.png)



.jpg)









