Hadisə
Narkotik vasitənin təsiri altında yük maşını sürdü
Aprelin 22-də saat 13:00 radələrində Bakı–Quba yolunun 129-cu kilometrliyində “DAF” markalı, 19 BX 609 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şivəxanov Azad Tahir oğlu elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə nəqliyyat vasitəsini təhlükəli vəziyyətdə geriyə hərəkət etdirərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Daha sonra sürücü dövlət qeydiyyat nişanını qəsdən palçıqlayaraq bu vəziyyətdə hərəkətini davam etdirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, həmin qanunazidd hərəkətlər kameralar vasitəsilə aşkar olunmuş və nəqliyyat vasitəsi dərhal YPX əməkdaşları tərəfindən saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin çəkisinin normadan artıq olduğu, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.
Fakt üzrə müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilmiş, məhkəmənin qərarı ilə A.Şivəxanov 30 gün müddətində inzibati qaydada həbs edilib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı
-
İdman13 Avqust 22:05"Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəldi - VİDEO/YENİLƏNDİ
-
Səhiyyə13 Avqust 21:24İnsultdan ölüm hallarının GİZLİ AMİLİ



































