İdman
"Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəldi - VİDEO/YENİLƏNDİ
"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın "Dinamo" (Kiyev) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.
Beləliklə, Polşadakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Qarabağ" UEFA Avropa Liqasında pley-offa yüksəlib.
"Köhlən atlar" bu raundda "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
xxx
21:36
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.
xxx
20:12
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
12-ci dəqiqədə Jali Muaddib fərqlənib.
xxx
20:00
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Ukrayna) oyunu başlayıb.
Publika.az xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Stüart Attuelldir.
Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?








.webp)
















.jpg)






.jpg)


