Hadisə
Lökbatanda anbardakı yanğın nəzarətə götürüldü - Yeniləndi
Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin 190 nəfər şəxsi heyəti, 40-a yaxın texnikası və 2 helikopter cəlb edilib.
Bu barədə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərə deyib.
Onun sözlərinə görə, Qaradağ rayonu ərazisində anbarda yanğın baş verməsi ilə bağlı məlumat FHN-in "112" qaynar xəttinə məlumat daxil olub:
"FHN-in qüvvələri məlumatla əlaqədər əraziyə cəlb olunub. Yanğının anbar ərazisində baş verməsi, hava şəraitinin küləkli olması mükəbbələşdirib. Hazırda yanğın söndürülməsi işləri davam etdirilir. Yanğına bitişik olan digər anbarlar yanğından mühafizə olunub".
xxx
Lökbatan qəsəbəsindəki anbarda yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
xxx
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Publika.az xəbər verir ki, yanğının söndürülməsi əməliyyatının sürətləndirilməsi məqsədilə əraziyə FHN Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Publika.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnikası və canlı qüvvəsi cəlb edilib.
***
Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
İlkin məlumata görə, güclü yanğın logistika mərkəzilərindən birinə məxsus anbarda baş verib.
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar





































