Hadisə
Şagird məktəbə silah keçirdi: İki nəfəri yaraladı
Rusiyanın Krasnodar diyarının Gülkeviçski rayonunda yerləşən məktəbdə atışma baş verib.
Publika.az xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.
Bildirilib ki, doqquzuncu sinif şagirdi pnevmatik silahı məktəb binasına keçirərək iki şagirdi yaralayıb. Yaralananlara dərhal tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər onların vəziyyətini qənaətbəxş qiymətləndirir.
Hadisədən sonra Səhiyyə Nazirliyi şagirdlərə və valideynlərə psixoloji dəstək göstərilməsi üçün mütəxəssislər göndərib.
Məlumata görə, məktəb rəhbərliyi və mühafizə xidməti ilə bağlı araşdırmaya başlanılıb. Məqsəd silahın təhsil müəssisəsinə necə keçirildiyini müəyyənləşdirməkdir. Bununla yanaşı, regional Təhsil İdarəsinin xüsusi komissiyası da hadisə yerinə göndərilib.
Rayon prokuroru Vladimir Xlınov hadisə yerində xüsusi xidmət orqanlarının fəaliyyətini koordinasiya edir. Prokurorluqdan bildirilib ki, insident M.İ. Korotkov adına 1 nömrəli məktəbdə baş verib.
Müəllif: Adəm
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar





































