Hadisə
Bakı-Sumqayıt yolunda çökmə aktivləşib - TƏHLÜKƏ
Bakı-Sumqayıt yolunun Avtovağzal ərazisində baş verən çökmədə dəyişiklik müşahidə edilir.
Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
Onun sözlərinə görə, bu gün əraziyə baxış zamanı çökmə
prosesinin davam etdiyi məlum olub:
“Çökmənin dinamikasında əvvəlki günlərə nisbətən artım var. Çatlar genişlənib və müəyyən qədər də oturub. Oturmanın dinamikasında da fəallaşma gedir. Ərazidə monitorinqlərimiz davam edir”.
Baş geoloq çökmənin qarşısını almaq üçün bərkitmə işlərinin aparıldığını bildirib.
“Ərazidə suvarma işlərinin dayandırıldığını müşahidə etdik. Həmçinin müvafiq qurumlar tərəfindən bərkitmə işləri də aparılır. Bu işlərin nə qədər effektli olacağını zamanla görəcəyik”.
Qeyd edək ki, oktyabrın 7-də Bakı-Sumqayıt yolunda sürüşmə qeydə alınıb ki, nəticədə yolun müəyyən hissəsində çökmə baş verib.
Gülxar
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ




































