Hadisə
20 evi soyan 24 yaşlı qadın saxlanıldı - VİDEO
Yasamal rayonu 2-ci Alatava 108 saylı evdə yaşayan Ağayev Xalid Babacan oğlu 25.10.2015-ci ildə Bakı şəhər Yasamal RPİ-nin 29-cu PB-nə ərizə ilə müraciət edərək həmin gecə naməlum şəxslərin gecə gizli yolla yaşadğı evə daxil olmaqla evindən xeyli miqdarda pul və zinət əşyalarının oğurlandığını bildirib.
29-cu PB-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılmış və nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən 1991-ci ildə Bakı şəhəri Lökbatan qəsəbəsində anadan olmuş, Musayeva İranə Məmməd qızı saxlanılaraq Yasamal RPİ-nin İŞ-nə təqdim edilib. Saxlanılan zaman onun üzərindən həmin evdən oğurladığı əşyalar aşkar edilərək götürülüb.
Xəqani Cəfərov- müstəntiq: “Bundan sonra aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs Bakı şəhəri Yasamal rayon ərazisində 20-ə yaxın evlərə qanunsuz daxil olmaqla vətəndaşlara məxsus əmlakı gizli yolla talayıb”.
Fakta görə, Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin şəxsin Bakı şəhər Yasamal rayon ərazisində və eləcə də digər rayonların ərazilərində başqa cinayətlərin törədib-törətməməsinin aydınlaşdırılması istiqamətində əməliyyat istintaq tədbirləri davam etdirilir. (Region TV)
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir mesaj və ya görüş gözlənilir
-
Hadisə00:15Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü
-
İdman5 Dekabr 23:35"DÇ-2026"nın final mərhələsinin püşkü atıldı - Qruplar
-
İKT5 Dekabr 21:39İlon Maska zərbə: "X" 120 milyon avro cərimələndi
-
Dünya5 Dekabr 20:00Dünya tikan üstündədir: "Yadplanetli gəmi" hökumətləri hərəkətə keçirdi
-
MDB5 Dekabr 19:50Peskovun qızı iddialı libasda - FOTOLARI gündəm oldu
-
Səhiyyə5 Dekabr 19:00Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
-
Hadisə5 Dekabr 18:40Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin son durumu açıqlandı



















.jpg)





.jpg)










