Hadisə
Xilas olan neftçilərin 8 nəfəri xəstəxanaya yerləşdirilib - YENİLƏNİB
"Günəşli" dəniz yatağında baş vermiş yanğın nəticəsində xəsarət alanlar şəxslərdən yalnız 7-si stasionar şəraitdə müalicə olunur.
Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının yəcili yardım şöbəsinin müdiri Raud Əsədov deyib.
Onun sözlərinə görə, xəstəxanaya ümumilikdə 32 xəstə yerləşdirilib. Onların 25-nə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qalan 7 nəfər isə hazırda stasionar şəraitdə müalicə olunur. Onlardan 1-i qadın, 6-sı kişidir. R.Əsədov deyib ki, xəstələrin heç birinin vəziyyəti ağır deyil.
Xatırladaq ki, ötən gün axşam saatlarında “Günəşli” yatağındakı 10-cu özüldə güclü yanğın baş verib
10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.
Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradıb. Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.
Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.
***
“Günəşli” yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçiriliblər.
Axar.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, xəstəxanaya ümumilikdə 31 müraciət olunub, 22 nəfər ambulator müalicəyə cəlb edilib. Bir nəfər Yanıq Mərkəzinə göndərilib, 8 xəstə isə müxtəlif diaqnozlarla Mərkəzi Neftçilər Xəstəxanasının stasionarına qəbul edilib.
-
Dünya19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama
-
Nida Xəbər 16:34Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Magazin114:56Nazilə Səfərli tıxacda dava etdi: Özünü kimə göstərirsən? - VİDEO
-
Sağlamlıq14:12Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
-
Sosial13:30Əli Əsədov qərar imzaladı
-
Yaxın Şərq13:00Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq







































