Hadisə
Bakıda evə basqın: 6 minə yaxın pul apardılar
Bakının Xətai rayonunda evə basqın olub.
“Report” əldə etdiyi məlumata görə, Babək prospekti ev 15-də yaşayan 1985-ci il təvəllüdlü Tamam Babayeva mənzilə daxil olan zaman iki nəfər naməlum şəxs arxa tərəfdən yaxınlaşaraq onun ağız nahiyəsindən tutub qonaq otağına aparıb, orada isə özləri ilə gətirdikləri yapışqan lent ilə zərərçəkmişin ağız, əl və ayaqlarını bağlayıblar.
Daha sonra naməlum şəxslər mənzilin yataq otağından 5 200 manat və 200 ABŞ dollar məbləğində pulu götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 180.2.1 (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs ilə), 180.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 180.2.5 (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...













.jpg)





















.jpg)
.jpg)

