Hadisə
Bakıda itkin düşən məktəbli qız tapıldı (YENİLƏNİB)
Bakıda orta məktəbdə itkin düşdüyü deyilən məktəbli qız,
2004-cü il təvəllüdlü Gülcan Hafiz qızı İsmayılova
tapılıb.
Bu barədə şagirdin təhsil aldığı Binəqədi rayonu 283 saylı orta
məktəbin direktor müavini Sevinc Musayeva məlumat verib.
Direktor müavini bildirib ki, adıçəkilən şagird itkin düşməyib və bu uşağın anasının polisə verdiyi məlumat yalandır: "Uşaq itkin düşməyib. Sadəcə şagirdin atası ilə anası ayrılıb və uşaq ananın yanında qalırmış. Ana isə ataya övladını görməyə icazə vermirmiş. Mayın 31-də şagird orta məktəbdən çıxıb evə gedərkən məktəbin yaxınlığında atası ilə rastlaşıb. Uşaq öz razılığı ilə atasının evinə gedib və bir gün orada qalıb. Bundan xəbər tutan ana hirsindən polisə müraciət edərək uşağının itkin düşdüyünü deyib. İyunun 1-də, yəni bu gün səhər atası uşağı yenidən məktəbə gətirib və şagird anasına təhvil verilib. Hələ bu azmış kimi, ana bu barədə məlumatın yayılmasında məktəbi günahlandırıb". (Trend)
***
Bakıda orta məktəb şagirdi itkin düşüb.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 31-də qeyd alınıb. 283 saylı orta məktəbin şagirdi, 2004-cü il təvəllüdlü Gülcan Hafiz qızı İsmayılova məktəbdən çıxdıqdan sonra itkin düşüb.
Onun tapılması istiqamətində axtarışlar davam etdirilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
