İran və ABŞ danışıqlar masasına otura bilər: İki ölkə müzakirələri harada aparacaq?
Bizi izləyin

Dünya

İran və ABŞ danışıqlar masasına otura bilər: İki ölkə müzakirələri harada aparacaq?

İran və ABŞ danışıqlar masasına otura bilər: İki ölkə müzakirələri harada aparacaq?

İranla ABŞ arasında birbaşa danışıqların Türkiyədə və ya Qətərdə keçirilməsi ehtimalı gündəmə gəlib.

Publika.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əhməd Bəxşayeş Ərdəstani İran mediasına açıqlamasında bildirib.

O, Tehran və Vaşinqton arasında dialoqun mümkünlüyündən danışaraq, mövcud şəraitdə danışıqların yeganə çıxış yolu olduğunu deyib.

Ərdəstani İran və ABŞ arasında birbaşa müzakirələrin Türkiyədə və ya Qətərdə keçirilməsinin mümkün olduğunu vurğulayıb.

İranlı deputat, həmçinin ölkəsinin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxması ilə bağlı müzakirələrə münasibət bildirib. O qeyd edib ki, belə bir addım beynəlxalq ictimaiyyətdə İranın nüvə silahı istehsal etməyə çalışdığı təəssüratını yarada bilər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm