Hadisə
İsmayıllıda avtomobil yolu sürüşdü - FOTOLAR (YENİLƏNİB)
Basqal-Sulut avtomobil yolunda baş vermiş sürüşmədən sonra alternativ yol çəkilişinə başlanılıb.
Bu barədə Publika.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, sürüşmə yamacın böyük bir hissəsini əhatə edir.
“Sürüşmə 4 metr enində dağlararası kənd yolunda baş verib. Hazırda həmin yola alternativ yol çəkilir ki, avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşmasın. Dağlıq yol olduğuna görə, hazırda kəndlərə gedən avtomobillər üçün hərəkət məhdudlaşmayıb. Kənd sakinləri dağlararası, meşənin içərisindən keçən yollardan istifadə edirlər. Tam olaraq hərəkətin təşkili üçün 5 km-lik alternativ yol çəkilir. Sürüşmə dağın üstündən başlayır, yol da sürüşmənin ortasına düşür. Sürüşmə dayanandan sonra yolda hərəkət bərpa ediləcək".
***
İsmayıllı rayonu ərazisində, Basqal-Sulut avtomobil yolunda sürüşmə hadisəsi baş verib.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.
Baş geoloq qeyd edib ki, atmosfer yağıntılarının təsirindən ərazidə uzunluğu 120-140 metr olan sürüşmə sahəsi yaranıb.
Ə. Piriyev onu da qeyd edib ki, Basqal-Sulut avtomobil yolundakı sürüşmə rayon ərazisində yeni sürüşmə sahəsidir.
Gülxar
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
