Hadisə
Ölkədən külli miqdarda dolların çıxarılmasının qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyutanın qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarəyə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyutanın qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması barədə əməliyyat məlumatı daxil olub. Məlumata əsasən Bakı-Dubay aviareysi ilə gedən sərnişin, Azərbaycan Respublikası vətəndaşı gömrükçülər tərəfindən nəzarətə götürülüb. Gömrük və sərhəd nəzarətindən keçən Azərbaycan Respublikası vətəndaşı gömrükçülər tərəfindən saxlanılaraq mütləq qaydada bəyan etməli olduğu mallar barədə şifahi sorğu-sual edilib. Həmin şəxsin qeyri-səmimi cavabları və hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan əl yükündə və üzərində müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb.
Yoxlama zamanı həmin şəxsə məxsus bel çantasının cibindən bəyan etmədən gömrük sərhədindən keçirməyə cəhd göstərdiyi 396 ədəd hər biri 100 ABŞ dolları nominalında, şəxsi yoxlama zamanı isə əynindəki şalvarın sağ cibindən 8 ədəd hər biri 100 ABŞ dolları nominalında olmaqla cəmi 40 min 400 ABŞ dolları aşkar edilərək hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
