Hadisə
Gədəbəydə öldürülən ər-arvadın oğlu DANIŞDI (YENİLƏNİB)
Bu gün Gədəbəy rayonunun Söyüdlü kəndində boğularaq öldürülən 1942-ci il təvəllüdlü Səyyad Ələsgərov və həyat yoldaşı, 1928-ci il təvəllüdlü Bəsti Alıyevanın oğlu Rəfael Ələsgərov Publika.az-a açıqlamasında hadisə ilə bağlı şübhəli şəxslərin saxlandığını bildirib:
“Mən onlarla bir yerdə yaşamamışam. Onlara bacımın oğlu və 6-cı sinifdə oxuyan qızı baxırdı. Evdən oğurluq da olub. Artıq 7-8 nəfər şübhəli şəxs kimi saxlanılıb. Saxlanılanlardan biri də bacım oğludur. Onun ifadələrində uyğunsuzluq olub. Gah həmin gecə evin ikinci mərtəbəsində olduğunu, gah da öz evlərində qaldığını deyib. Ona görə də, saxlanılıb. Lakin atamgilə bacım uşaqları baxırdı. Bacımın da sözlərinə görə, uşaqları gecə orada olmayıb. Başımız dəfn işlərinə qarışıb, hər halda polis hadisəni kimin törətdiyini tapacaq”.
***
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında olub.
“Mərhumların oğlu onlardan 100 metr kənarda yaşayır. Onlara qızının oğlu və qızı baxırdı. Dünən axşam belə bir hadisə baş verib. Bu gün səhər saatlarında qızı evə gələndə hadisədən xəbər tutub, qışqırıb, səs-küyə qonşular toplaşıb”.
Kənd sakinlərinin sözlərinə görə, öldürülən ər-arvadın heç kimlə problemləri olmayıb. Ona görə də, onların nə üçün öldürülməsi şübhəlidir.
“Bəlkə də, cavan uşaqlar pul üçün öldürüb, ya da daxildən, öz ailələrindən biridir. Hər halda polis araşdırır, hamının ifadəsini alır. Qızının oğlu, qızı onlarla birlikdə qalırdı. Amma indi qızı inkar edirl ki, gecə yanında heç kim olmayıb”.
Hazırda polis və prokurorluq araşdırma aparır. Hətta onların yanında qalan oğlan nəvəsi də saxlanılıb.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
***
Gədəbəy rayonunda qətl törədilib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakinləri - 1942-ci il təvəllüdlü Səyyad Ələsgərov və həyat yoldaşı, 1928-ci il təvəllüdlü Bəsti Alıyevanın üzərilərində zorakılıq əlamətləri olan meyitləri yaşadığı evdə aşkar edilib.
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Gülxar
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO




































.jpg)
