Hadisə
Baş həkim xəstəxanadakı intihardan DANIŞDI - TƏFƏRRÜAT
Dünən saat 18 radələrində Respublika Nevrocərrahiyyə Xəstəxanasında Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Əsgərov Qoşqar İsrail oğlu özünü müalicə olunduğu korpusun 5-ci mərtəbəsindən atıb. Ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 46 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov Publika.az-a açıqlamasında bildirib ki, xəstə mayın 26-da xəstəxanaya kəllə beyin travması ilə yerləşdirilib.
“O, qayalıqdan yıxılıb travma almışdı, lakin xəstəxanaya aparılmayıb,evdə saxlanılıb. Hadisədən 10 gün sonra Qazaxa aparılıb, xəstəxanadan kəllə sümüyündə sınıqlar olduğu deyilib. Vəziyyəti ciddi olduğuna görə, Bakıya gətirilib. Bizim xəstəxanaya mayın 26-da yerləşdirilib. Həmin gün əməliyyat edilib. Mayın 27-də artıq rahat hərəkət edə bilirdi. Adi palatada yatan xəstə idi. Aldığı kəllə-beyin travması onun intihar etməsinə səbəb ola bilməz. Çünki əməliyyatdan sonra özünü normal hiss edirdi. Psixoloji durumunda da hər hansı dəyişiklik və s. qeydə alınmayıb. Onun Tovuzda qayalıqdan yıxıldığı deyilir. Lakin ola bilər ki, həmin hadisədə də intihara cəhd olub. Bununla bağlı araşdırma aparılır.”
Baş həkimin sözlərinə görə, hadisə baş verəndə onun yanında ancaq həyat yoldaşı olub:
“Saat 17:00-dan 19:00-a kimi xəstə yaxınlarının qəbul saatı olub. Həmin saatda xəstənin əmisi oğlu, qaynı və həyat yoldaşı yanında olub. Həmin anda qaynı dəhlizdə olub, əmisi oğlu isə mağazaya gedib. Yanında ancaq yoldaşı olub, ona yemək verib. Yoldaşının sözlərinə görə, yemək yeyəndən sonra qəfildən pəncərəyə çıxıb, özünü atıb. Yoldaşı tutmaq istəsə də, gec olub. Hazırda prokurorluq işi araşdırır”.
Gülxar
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
