Hadisə
Şirvan Milli Parkında yanğın
İyunun 5-də saat 15 radələrində Şirvan Milli Parkının ərazisində yerləşən “Salyan Oil” şirkətinin istifadəsində olan sahədə yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanğın qısa müddətdə söndürülüb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb edilib.
Yanğın zamanı təxminən 2 hektara yaxın sahənin quru ot və kol örtüyü yanıb, milli parkın təbii ehtiyatlarına ciddi ziyan dəyməyib.
İlkin ehtimala görə yanğına səbəb “Salyan Oil” şirkəti tərəfindən təhlükəsizlik qaydalarına ciddi əməl olunmaması nəticəsində neft quyularına gedən yüksək gərginlikli elektrik xəttində yaranan qısa qapanma olub.
Yanğının yaxınlıqda olan istirahət mərkəzinə keçməsinin qarşısının alınmasına dair məlumatla bağlı bildiririk ki, həmin ərazinin yaxınlığında heç bir istirahət mərkəzi mövcud deyil, ən yaxınlıqda olan Kürsəngi kəndi isə yanğın baş vermiş ərazidən 10 kilometr uzaqlıqda yerləşir. Ərazidə yalnız “Salyan Oil” şirkətinə məxsus neft quyuları fəaliyyət göstərir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi

















.jpg)


















.jpg)
.jpg)
