Hadisə
Yeniyetmə ziyarətgahda yoxa çıxdı
Siyəzən rayon sakini müəmmalı şəkildə itkin düşüb. Hadisə rayonun Qərəh kəndində baş verib. İtkin düşən Natiq Etibar oğlu Şıxəliyevin qohumu Fəxriyyə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, o, evdən ziyarətə getmək adı ilə çıxıb.
Artıq yaxınları 16 yaşlı Natiqdən 5 gündür ki, xəbər ala bilmirlər.
"O, evdən çıxarkən validenlərinə kəndin yaxınlığında yerləşən ziyarətgaha getdiyini deyib. Natiq ev paltarında olub. Validenləri onu axşama qədər gözləyiblər. Amma Natiq geri qayıtmayıb. Biz onu axtarmaq üçün ziyyarətgahın yerləşdiyi əraziyə getdik. Amma onu tapa bilmədik”, - deyə qohumu bildirib.
Fəxriyyə Məmmədova deyib ki, hadisə ilə bağlı rayon polis şöbəsinə də müraciət ediblər: "İdarədən axtarışların davam etdiyini, amma hələ heç bir nəticənin olmadığını dedilər”.
Onun qohumu Natiqin itkin düşməsi ilə bağlı bəzi ehtimallar da səsləndirib. O, bildirib ki, Natiqin qonşu kəndlərdən birindən qız istədiyi barədə söz-söhbət gəzirdi. “Bizdə olan məlumata görə, kəndin oğlanları onu bir neçə dəfə hədələyiblər. Amma kəndə nə onun istədiyi qızı, nə də ki, Natiqi tanıyan yoxdur. Artıq 5 gündür valideyinlərin gözü yolda qalıb”, - deyə Fəxriyyə Məmmədova bildirib.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)