Hadisə
Qohumlar mal-qara üstündə dalaşdı: 2 yaralı
Şəmkirdə kütləvi dava zamanı iki nəfər xəsarət alıb.
Ötən gün axşam saatlarında Şəmkir rayonunun Sabirkənd kəndində qohumlar arasında kütləvi dava baş verib.
Kəpəz TV xəbər verir ki, dava zamanı 57 yaşlı Yaşar Həsənov həmkəndlisi və qohumu 62 yaşlı Ədalət Mustafayevə müxtəlif dərəcəli xəsarətlər yetirib. Atasının döyüldüyünü görən Tural Mustafayev taxta parçası ilə Yaşar Həsənova bir neçə zərbə endirib. Ətrafdakıların köməyi ilə davanın qarşısı alınıb.
Ağır kəllə-beyn travması alan Ədalət Mustafayev koma vəziyyətində əvvəlcə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, oradan isə Gəncədə fəaliyyət göstərən özəl tibb ocaqlarından birinə aparılıb. Davanın digər iştirakçısı Yaşar Həsənovun müalicəsi isə ambulator şəraitdə davam etdirilir.
Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Bölməsindən verilən məlumata görə, qohumlar arasında kütləvi dava yatağa xırdabuynuzlu heyvan buraxmaq üstündə düşüb. Belə ki, Yaşar Həsənov mal-qarasını icazəsiz olaraq Ədalət Mustafeyvə məxsus yatağa salıb. Bundan hiddətlənən Mustafayev Həsənovla əlbəyaxa olub. Fakt araşdırılır.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)