Hadisə
İtkin düşən gəlinin atası DANIŞDI: "Əri qızımı hər gün..."
Xəbər verdiyimiz kimi, Tovuz rayon sakini 27 yaşlı Aytəkin Quliyeva itkin düşüb. Onun 8 gün əvvəl evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilir.
Məlumata görə, Tovuzun Əlimərdanlı kəndində doğulan A.Quliyeva 6 il əvvəl rayonun Aşağı Öysüzlü kəndinə gəlin köçüb. İtkin düşən gəlinin 2 övladı var.
Hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən axtarış aparılır.
A.Quliyevanın atası Məzahir Quliyev AzVision.az-a bildirib ki, qızının itkin düşməsində günah onun həyat yoldaşı və qayınanasındadır.
“Qızımın əri və qayınanası onu çox incidirdi. Yazıq qıza gün verib, işıq vermirdlər. Aytəkin bundan öncə də 3-4 dəfə evdən qaçmışdı. Bir neçə dəfə mən özüm onu evimizə gətirmişəm. Həyat yoldaşı onu tez-tez döyürdü. Aytəkinin itkin düşməsinə səbəb onlardır. Qızım günorta saat 12-də evdən qaçıb. Neçə gündür, Aytəkindən xəbər ala bilmirik. Bütün rayonu, kəndləri axtarmışıq, heç kim onu görməyib.
Qonşuların dediyinə görə, əri hər gün Aytəkini döyüb. Bütün bu işlərin arxasında qayınanası durur. O, özünü şahzadə kimi aparır. Deyir ki, mənim bütün sözlərim əmrdir. Qızımın həyatını məhv etdilər. Onun iki balaca övladı var. Bəlkə də Aytəkin haradasa intihar edib”.
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin110 Oktyabr 20:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin110 Oktyabr 20:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
























.jpg)







.jpg)



