Hadisə
Azərbaycanlı iş adamının evinə hücum edilib
Ukraynada bir müddət öncə oğlu oğurlanmış azərbaycanlı iş adamının Donetskdəki evinə separatçılar hücum edib.
Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti üzrə keçmiş sədri, hazırda biznes fəaliyyəti ilə məşğul olan iş adamı Malik Pirverdiyevin evinə və obyektlərinə silahlılar tərəfindən hücum edilib.
Ukraynadakı mənbənin saytımıza verdiyi məlumata görə, iş adamının Donetskdəki mülkü separatçılar tərəfindən dağıdılıb.
Hadisə ilə bağlı əlaqə saxladığımız Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri də məlumatı təsdiqləyiblər.
Azərbaycanın Ukraynadakı Səfirliyinin konsulluq şöbəsindən də məlumatı təsdiq ediblər.
Konsulluq şöbəsindən Modern.az-a bildirilib ki, Donetskdə hadisə baş verən yerə səfirliyin əməkdaşı da gedib və olayla bağlı araşdırma aparılır.
Yerli hüquq-mühafizə orqanları tərəfindən də araşdırmalar aparılır.
Qeyd edək ki, Ukraynada nüfuzlu iş adamı kimi tanınan Malik Pirvediyev sərvətinə görə dəfələrlə separatçılar tərəfindən hədələndiyi üçün ailəsi ilə birgə bir müddət əvvəl Donetskdən Kiyevə köçüb.
Xatırladaq ki, Malik Pirverdiyevin oğlu, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Donetsk Vilayət təşkilatının sədri Cəlal Pirverdiyev ötən il naməlum şəxslər tərəfindən oğurlanaraq, 10 aya yaxın girov saxlanılıb və sonda 300 min dollar müqabilində azadlığa buraxılıb. (Modern.az)
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)