Hadisə
İsmayıllıda DƏHŞƏTLİ QƏZA: Vəndam kəndinin 3 sakini həlak oldu
İsmayıllı rayonunda dəhşətli yol qəzası baş verib.
Publika.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Asim Müsavər oğlu Alıyev, sərnişinləri, 1983-cü il təvəllüdlü Uğur Bünyat oğlu Mürsəlov və 1987-ci il təvəllüdlü Elbrus Elman oğlu Həlimov aldıqları ağır xəsarətlərdən vəfat ediblər.
Məlum olub ki, ölənlərin hamısı Qəbələnin Vəndam kənd sakinləridir. Onlar Bakıdan rayon istiqamətinə hərəkət edirmiş və yüksək sürətlə hərəkət edən avtomobil döngədə idarəetmədən çıxaraq aşıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Ötən gün də ölkə ərazisində öülmlə nəticələnən yol qəzaları baş verib. Həmin hadisələrdən biri Tovuz rayonunun Qovlar şəhərində qeydə alınıb. Şəhər sakini Lətafət Alıyevanın idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Elşən Həsənovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə E.Həsənov və sərnişini, anası Almaz xəstəxanaya yerləşdirilsədə bir müddət sonra Almaz orada dünyasını dəyişib.
Ölümlə nəticələnən daha bir qəza isə Səbail rayonunun Bibiheybət qəsəbəsində baş verib. Bakı şəhər sakini Vasif Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Eldəniz Mehdiyevi vurub. Xəstəxanaya yerləşdirilmiş E.Mehdiyev orada ölüb.
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto





































.jpg)
