Hadisə
Kürdəmir sakini avtomobili ilə birgə yandı
Kürdəmir sakini idarə etdiyi avtomobildə yanıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində Kürdəmir -İmişli yolunun Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində baş verib.
Kürdəmir rayon sakini 1964-cü il təvəllüdlü Əli Həsən oğlu Qaraşov idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə İmişli rayon istiqamətində hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsində güclü yanğın baş verib. Qısa müddətdə yanğın bütün maşını əhatə edib. Nəticədə, ağır yanıq xəsarəti alan sürücü ilə bərabər maşın və yol kənarında 3 kvadratmetr otluq ərazi yanıb. Sürücü, Ə. Qafarov təcili olaraq yanıq xəsarəti ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb.
Fakt araşdırılır.
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto





































.jpg)
